Nəngərharda terror aktında 60 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313550-nəngərharda_terror_aktında_60_nəfər_ölüb_və_yaralanıb
Əfqanıstanın təhlükəsizlik rəsmiləri şənbə gecə bildiriblər ki, Nəngərhar vilayətində terror aktında 26 nəfər ölüb, 34 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 05:18 Asia/Baku
  • Nəngərharda terror aktında 60 nəfər ölüb və yaralanıb
    Nəngərharda terror aktında 60 nəfər ölüb və yaralanıb

Əfqanıstanın təhlükəsizlik rəsmiləri şənbə gecə bildiriblər ki, Nəngərhar vilayətində terror aktında 26 nəfər ölüb, 34 nəfər yaralanıb.

İRİB-in məlumatına görə, yaralılardan bəzisinin vəziyyəti ağırdır. 

Şənbə günü günortadan sonra Nəngərhar vilayətində Əfqanıstan təhlükəsizlik qüvvələri və Taliban üzvlərinin iclasında bomba partlayışı olub. 

İŞİD terror qruplaşması aktın məsuliyyətini üzərinə götürüb. 

Partlayış bir qrup sivil, dövlət qüvvələri və Taliban üzvlərinin Rudat rayonunun Qazi Amanullah şəhərində bir araya gəldikləri zaman baş verib. Belə ki, səadətli Fitr bayramı şənliyində elan olunan atəşkəs nəticəsində bu iclas keçiriləcəkdi. 

Əfqanıstan hökuməti çərşənbə axşamı günündən səadətli Fitr bayramı münasibəti ilə bir həftə müddətinə Taliban qrupu ilə atəşkəs elan etmişdi. 

Əfqanıstanda cümə günü Fitr bayramı idi. 

Əfqanıstan hökumətinin atəşkəsi elan etməsi ardınca Taliban qrupu da bildirib ki, bu qrupun üzvləri üç günlük bayram günlərində əfqan təhlükəsizlik qüvvələri atəşkəsi icra edirlər.