Yəmən qüvvələri əl-Hüdeydədə təcavüzkarların hərbi gəmisini ələ keçirib
İyun 17, 2018 05:19 Asia/Baku
-
Yəmən qüvvələri əl-Hüdeydədə təcavüzkarların hərbi gəmisini ələ keçirib
Yəmən Ali İnqilab Komitəsinin sədri ötən gecə Yəmən qüvvələrinin əl-Hüdeydə sahillərində təcavüzkarların bir hərbi gəmisini ələ keçirdiyini bildirib.
İRNA-nın məlumatına görə, Məhəmməd Əli əl-Husi əl-Hüdeydə sahil zolağında təcavüzkarların vəziyyətinin yaxşı olmadığını bildirərək deyib: Bu hərbi gəmi ehtimal üzrə Fransa və ya ABŞ-a aiddir.
Məhəmməd Əli əl-Husi son vaxtlar bildirib ki, əl-Hüdeydə sahil zolağı təcavüzkarların qəbiristanlığına çevriləcək.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya 13 iyundan Yəmənin qərbində əl-Hüdeydə limanını işğal etmək üçün irimiqyaslı hücumlara başlayıb.
Əl-Hüdeydə limanı Yəmənə humanitar yardımların göndərildiyi əsas yoldur.