İyun 17, 2018 12:29 Asia/Baku
  • Bəhreyndə hüquq fəallarının həbsi prosesi davam edir
    Bəhreyndə hüquq fəallarının həbsi prosesi davam edir

Ali-Xəlifə rejimi hərbçiləri Bəhreynin insan haqları fəallarının həbs olunması prosesinin davamında iki nəfəri həbs ediblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Ali-Xəlifə rejimi hərbçiləri Sar bölgəsinin sakini Murtaza Əli Xələf və Ən-Nəbi Saleh (ə) bölgəsinin sakini Fazil Xəmisi həbs ediblər. 

Şəxsi geyimdə olan qüvvələr də Ali-Xəlifə rejimi hərbçiləri ilə birlikdə Bəhreynin bir neçə bölgəsi, o cümlədən Əd-Diyə, Ən-Nəvidrat, əl-Müsəlla və Buriyə hücum ediblər. 

Saxlanılan Bəhreyn vətəndaşları siyasi məsələlər bəhanəsi ilə şöbələrə və dindirilmə mərkəzlərinə aparılırlar ki, onlardan etiraf alınsın. 

Bu arada ABŞ-ın İnsan Haqları və Demokratiya Uğrunda Təşkilatı Ali-Xəlifə rejiminin insan haqları qarşısında götürdüyü öhdəliklərə toxunaraq bu rejimdən siyasi məhbus Əli İsa Ət-Tacirə qarşı çıxarılan həbs qərarını ləğv etməsini istəyib. 

Məşhur bəhreynli vəkil Məhəmməd Ət-Tacirin qardaşı Əli İsa Ət-TAcir Ali-Xəlifə rejimi hərbçilərinin 2015-ci ildə mənzilinə həbsi zamanı saxlanılıb, beş il azadlıqdan məhrum və vətəndaşlığı ləğv edilib. 

Bəhreyn 14 fevral 2015-ci ildən Ali-Xəlifə rejimi əleyhinə ictimai inqilabın şahididir. 

Teqlər