Hələbin cənubunda iki terror qruplaşması toqquşub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313570-hələbin_cənubunda_iki_terror_qruplaşması_toqquşub
Suriyanın Hələb vilayətinin cənub ətrafında Rusiya qüvvələrinin yaxınlığında Təhrirüş-Şam və Feyləqüş-Şam terror qruplaşmaları toqquşublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 13:06 Asia/Baku
  • Hələbin cənubunda iki terror qruplaşması toqquşub
    Hələbin cənubunda iki terror qruplaşması toqquşub

Suriyanın Hələb vilayətinin cənub ətrafında Rusiya qüvvələrinin yaxınlığında Təhrirüş-Şam və Feyləqüş-Şam terror qruplaşmaları toqquşublar.

İRNA-nın məlumatına görə, Suriya Kütləvi İnformasiya Vasitələri bazar günü Suriyada Milli Barışığa qoşulmaq üzərində terrorçular arasındakı ixtilafa toxunaraq bildiriblər: Naməlum terrorçular Dəranın şimalında Dail qəsəbəsində Milli Barışıq Komitələrinin rəhbəri Bəşşar Şahadatı oğurlayıblar. 

Naməlum silahlı şəxslər ötən üç gün ərzində Dəranın şimalında əl-Harrə şəhərində Barışıq Komitəsinin üzvü Musu Qənbəs və bu komitənin digər üzvü Hamid Riyaz Şahadatı terror ediblər. 

Dəra vilayətində bəzi silahlı qrupların Milli Barışığa qoşulmağı dəstəkləməsi və ondan imtina etməsi ardınca, indiyədək Dəra vilayətində Milli Barışıq Komitələrinin 22 üzvü terror olunub. 

Suriya ordusu İordaniya ilə sərhəd bölgələri nəzarətə götürmək niyyətindədir. Bu da şübhəsiz Suriyanın cənubunda bufer zolağının yaradılması üzrə sionist rejimin səyinə son qoyacaq.