Sionistlər İordan çayının qərb sahilində əl-Cələzun düşərgəsinə basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313574-sionistlər_İordan_çayının_qərb_sahilində_əl_cələzun_düşərgəsinə_basqın_ediblər
Sionist hərbçilər İordan çayının qərb sahilində Ramullahda yerləşən əl-Cələzun düşərgəsinə basqın ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 13:36 Asia/Baku
  • Sionistlər İordan çayının qərb sahilində əl-Cələzun düşərgəsinə basqın ediblər
    Sionistlər İordan çayının qərb sahilində əl-Cələzun düşərgəsinə basqın ediblər

Sionist hərbçilər İordan çayının qərb sahilində Ramullahda yerləşən əl-Cələzun düşərgəsinə basqın ediblər.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, şənbə gecə sionist hərbçilərin İordan çayının qərb sahilində əl-Cələzun düşərgəsinə hücumu ilə sionist hərbçilərlə fələstinli gənclər arasında güclü toqquşma baş verib. Bu toqquşmada bir qrup fələstinli sionistlər tərəfindən saxlanılıb. 

Başqa bir məlumata görə, sionist hərbçilər Qəzzə zolağından bu rejimin nəzarətində olan bölgələrə yanar çərpələnglər atan fələstinlilərə doğru atəş açıblar. Nəticədə iki nəfər yaralanıb. 

Qəzzə zolağı ilə qonşu sionist qəsəbələrin əkin sahələri üzərində fələstinlilərin yanar çərpələnglər uçurması və nəticədə bu əkin sahələrində yanğının baş verməsinin qarşısının alınmasında uğursuzluq sionist rejim başçılarının əsəbiləşməsinə səbəb olub.