İyun 19, 2018 08:53 Asia/Baku
  • BMT: Səud koalisiyasının Əlhudəydəyə hücumundan sonra 26 min nəfər didərgin düşüb
    BMT: Səud koalisiyasının Əlhudəydəyə hücumundan sonra 26 min nəfər didərgin düşüb

BMT baş katibinin sözçüsü dünən bildirib ki, səud koalisiyasının Yəmənin Əlhudəydə şəhərinə hücumundan sonra bu şəhərin sakinlərindən 26 min nəfər öz ev-eşiyindən qaçaraq, didərgin düşübdür.

Stefan Ducarik didərginlərin sayının artması ehtimalından da danışıb.

Təcavüzkar səud koalisiyası iyunun 13-də Yəmənin qərbində yerləşən Əlhudəydə limanını işğal etmək üçün geniş hücumlara başlayıbdır.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üçün ən əsas yoldur.

Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və sionist rejimin, eləcə də bəzi digər müttəfiqlərinin himayələri ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.

Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 14 mindən çox yəmənlinin həyatını itirməsinə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla nəfərin didərgin düşməsinə bais olubdur.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin qida maddələri və dərman preparatları çatışmazlığı ilə üzləşdiribdir.

Ərəbistan ilə müttəfiqləri Yəmən xalqının müqavimətinə görə indiyədək bu ölkədəki hədəflərinə çata bilməyiblər.

Teqlər