Əfqanıstanın Cəlalabad şəhərində partlayış baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313828-Əfqanıstanın_cəlalabad_şəhərində_partlayış_baş_verib
İnformasiya mənbələri Əfqanıstanın Nəngərhar vilayətinin mərkəzi olan Cəlalabad şəhərində bomba partlayışının baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2018 07:38 Asia/Baku
  • Əfqanıstanın Cəlalabad şəhərində partlayış baş verib
    Əfqanıstanın Cəlalabad şəhərində partlayış baş verib

İnformasiya mənbələri Əfqanıstanın Nəngərhar vilayətinin mərkəzi olan Cəlalabad şəhərində bomba partlayışının baş verməsindən xəbər veriblər.

Bu partlayış bu gün səhər baş verib, amma hələ onun ehtimal edilən tələfatı barədə bir məlumat yayılmayıbdır.

İki gün bundan öncə də Cəlalabad şəhəri terror partlayışının şahidi olmuşdu. Nəticədə azı iyirmi nəfər ölmüş, altmışdan çox insan da yaralanmışdı.

İŞİD terror qrupu bu terror partlayışının məsuliyyətini öz üzərinə götürübdür.