İşğal olunmuş ərazilərdə azanın rupor ilə verilməsinə maneçilik törədilir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313858-İşğal_olunmuş_ərazilərdə_azanın_rupor_ilə_verilməsinə_maneçilik_törədilir
Sionist rejim parlamenti-knesset işğal olunmuş ərazilərdə azanın rupor ilə verilməsinin qadağan edilməsi məsələsini araşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2018 13:29 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə azanın rupor ilə verilməsinə maneçilik törədilir
    İşğal olunmuş ərazilərdə azanın rupor ilə verilməsinə maneçilik törədilir

Sionist rejim parlamenti-knesset işğal olunmuş ərazilərdə azanın rupor ilə verilməsinin qadağan edilməsi məsələsini araşdırır.

Sionist rejim parlamenti-knesset bu gün işğal olunmuş ərazilərdə azanın rupor ilə verilməsini qadağan edən "qanun əlmuəzzin" layihəsinin ilkin mətnini araşdıracaq.

İşğal olunmuş ərazilərdəki məscidlərdən azanın verilməsini qadağan edən qanunun ilkin mərhələləri 2017-ci ilin martında icra olunaraq, qəbul edilmək üçün sionist rejim parlamentinin ümumi şurasına təqdim olundu.

Sionist rejim Fələstinin müxtəlif məntəqələrindəki 500 məscidin ruporlarından azanın verilməsinin qarşısının alınması layihəsini sionistlər üçün narahatçılıq yaratması bəhanəsilə icra edir.

Sionist rejim son onilliklər ərzində işğal olunmuş Fələstin ərazilərinin mahiyyətini dəyişdirmək üçün bir çox cəhdlər edibdir və azanın verilməsini qadağan edən qanun bu addımlardan biridir.