Yəməndə təcavüzkarların komandanı öldürülüb
-
Yəməndə təcavüzkarların komandanı öldürülüb
Birləşmiş Ərəb Əmirliklərinin hərbi qaynaqları bildiriblər ki, Səudiyyə Ərəbistanı muzdlularının Yəmənin qərb sahillərindəki komandanı məhv edilib.
Əl-Aləm telekanalının bu gün verdiyi məlumata görə, BƏƏ qaynaqlarının bildirdiklərinə görə, dünən gecə Yəmən ordusu raket bölmələri bu ölkənin qərbində Səudiyyə Ərəbistanı muzdlularının mövqelərinə hücum edərək onların komandanının məhv ediblər.
Yəmənli hərbi rəsmi isə bu hücumda onlarla muzdlunun öldürüldüyünü və təcavüzkarların 20-dən çox zirehli texnikasının məhv edildiyi, 10 texnikanın ələ keçirildiyini bildirib.
Yəmən ordusu və xalq komitələri həmçinin Səudiyyə Ərəbistanı hərbçilərinin lojistik marşrutlarını Ənnəxliyyə və Əl-Məcilis istiqamətində kəsiblər. Əddərhimidə isə onlarla səudiyyəli hərbi təchizatları ilə bərabər məhv ediliblər.
Yəmənli qaynaqlar isə Əsir vilayətində Cəbəl Şəir və Məcarənin qərbində Səudiyyə Ərəbistanı muzdlularının hücumlarının dəf edilməsindən və bu əməliyyatda bir neçə muzdlunun öldürülməsindən xəbər veriblər.
Səudiyyə Ərəbistanı Amerikanın himayəsi ilə 2015-ci ildə Yəmənə hücum edib və sonra bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Səudiyyənin təcavcüzkar əməliyyatları nəticəsində indiyədək Yəməndə on minlərlə sakin ölüb və yaralanıb milyonlarla insan didərgin düşüb.