Sionist rejim ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxmasını müsbət qarşılayıb
-
Sionist rejim ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxmasını müsbət qarşılayıb
Amerikanın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasından çıxmasından sonra sionist rejim Vaşinqtonun bu beynəlxalq qurumdan çıxmasını müsbət qiymətləndirib.
Sionist rejim xarici işlər nazirliyi Amerikanın BMT İHŞ-dən çıxması barədə Tvitter səhifəsində yazıb: İsrail Amerikanın ikiüzlü İnsan Haqları Şurasından çıxmasını müsbət qiymətləndirir. "Bu komitə ardıcıllıqla insan haqlarını pozmaqla məşğul olan rejimlərin işlərinə baxmaqdansa, öz enerjisini Yaxın Şərqin yeqanə həqiqi demokratiyası olan İsrailə sərf edir."
ABŞ dövlət katibi bir mətbuat konfransında Amerikanın BMT İHŞ-dən rəsmən çıxdığını elan edərək deyib: BMT İnsan Haqları Şurası insan haqları mövzusuna ikiüzlü yanaşır.
Mayk Pompeo deyib: Bu şura öz vəzifəsini yerinə yetirməkdə uğurlu olmayıb.
O deyib: Bu şuranın bəzi üzv ölkələrinin özləri insan haqlarını pozurlar.
BMT baş katibi Antonio Qutterreş Amerikanın BMT İnsan Haqları Şurasından çıxmasına görə təəssüfləndiyini bildirib.