Suriya ölkənin cənubunda ordusunu gücləndirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314130-suriya_ölkənin_cənubunda_ordusunu_gücləndirir
Suriya ordusu Badiyyətüşşam və bu ölkənin cənubuna əlavə qüvvələr yerləşdirir
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2018 13:12 Asia/Baku
  • Suriya ölkənin cənubunda ordusunu gücləndirir
    Suriya ölkənin cənubunda ordusunu gücləndirir

Suriya ordusu Badiyyətüşşam və bu ölkənin cənubuna əlavə qüvvələr yerləşdirir

İSNA-nın verdiyi məlumata görə, Rəyyəl-Yəum qəzeti yazıb ki, Suriyanın cənubunda Dəra vilayətində bu ölkə ordusunun hava qüvvələri dünən terrorçuların qəargahlarına qarşı geniş hücumlar həyata keçiriblər. 

Suriyanın dövlət qüvvələri Səvida vilayətində bəzi bölgələri nəzarət alıb və tezliklə terrorçuları Dəra və Qüneytərədən də qovacaq. 

Təkfirçi İŞİD terrorçuları isə Dəra vilayətinin qərb istiqamətində bir-birləri ilə şiddətli toqquşublar. 

Başqa məlumata görə, Təhrirrüşşam terror qrupunun ünsürləri bir video yayaraq Türkiyə qüvvələrinin Suriyadakı fəaliyyətini və Təhrirrüşşam ilə əməkdaşlıqlarını əks etdiriblər. 

İdlib vilayətinin şərqində Təlləttufan bölgəsində çəkilən bu videoda Təhrirrüşşam terrorçularından ibarət bir qrup Türkiyə hərbçilərinin kənarında onların hərbi texnikasını seyr edirlər. Əlbəttə bu qru Türkiyə ilə yaxın əlaqədə olduğunu özü də dəfələrlə bildirmişdir. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin dəstəyi ilə regiondakı balansı sionist rejimin xeyirinə dəyişməq məqsədi ilə terrorçuların geniş hücumu nəticəsində başlandı və Suriya ordusu və xalqının canfəşanlığı nəticəsində düşmənlərin məkirli planları nakam qaldı.