Əl-Hüdəydədə səudiyyəli təcavüzkar koalisiyaya ağır zərbələr endirilib
İyun 21, 2018 12:16 Asia/Baku
Yəmən qüvvələri ölkənin qərb sahilində əməliyyat bölgələrində təcavüzkar və muzdlu səudiyyəli ünsürlərdən onlarla nəfəri öldürüb və onlara məxsus 6 ədəd hərbi avtomobili məhv ediblər.
Yəmən ordusu və xalq komitələri qüvvələri çərşənbə günü əl-Hüdəydənin əl-Cəbilə məntəqəsində səudiyyəli muzdluların mövqelərini atəşə tutublar. Bu isə bu məntəqədə iki bazanın təmizlənməsi ilə nəticələnib.
Bu arada Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi deyib: əl-Hüdəydə aeroportu ordu və xalq komitələri qüvvələrinin nəzarətindədir.
Yəmənin Ali İnqilab Komitəsinin sədri bildirib ki, döyüşlər sadəcə əl-Hüdəydə aeroportunda deyil, sahil zolağında da döyüşlər gedir. Şübhəsiz işğalçılar və xəyanətkarlar heç bir nəticəyə çatmayacaqlar.