Əl-Hüdəydə; Təcavüzkarların qəbiristanlığı
-
Əl-Hüdəydə; Təcavüzkarların qəbiristanlığı
Yəmənin əl-Hüdəydə vilayətinin qərb sahilində döyüşlər təcavüzkarlar, muzdlular və onların hərbi sursatları üçün qəbiristanlığa çevrildi və çoxlu sayda təcavüzkar öldürülüdü.
Əl-Məsirə televiziyası yollarda quraşdırılan bomba və minalarla və ya uzaqdan idarə olunan raketlərlə çoxlu sayda zirehli və hərbi avtomobillərin məhv edilməsi ilə bağlı kadrları əks etdirərək bildirib: Təcavüzkarlara bağlı muzdlular əl-Hüdəydə aeroportunun cənub tərəfində hava hücumlarının dəstəyi və güclü atəş açmaqla hərbi əməliyyat keçirməyə cəhd etdilər. Hərbi və zirehli avtomobillərin məhv edilməsi kadrları döyüş meydanının reallığıdır. Qərb sahilində döyüş meydanı təcavüzkarlar, muzdlular və onların hərbi və zirehli avtomobilləri üçün qəbiristanlığa çevrildi. Səs və kadrlar qərb sahilində muzdluların başına gələn və bütün təcavüzkarları və muzdluları udan bəlanı əks etdirir.