Əlhudəydə əhalisi yəmənli mübarizlərə təşəkkür edib
-
Əlhudəydə əhalisi yəmənli mübarizlərə təşəkkür edib
Yəmənin Əlhudəydə şəhərinin əhalisi səud koalisiyasının tabeliyində olan təcavüzkarların hücumlarını və beynəlxalq təşkilatların təcavüzkarlarla əlbirliyini pisləyərək, bu şəhərdə əzəmətli aksiya keçirib.
Aksiyaçılar səud təcavüzkarlarının işğalçılığı və müstəmləkəçiliyi ilə müxalifət və müqavimətə dəstək istiqamətində şüarlar veriblər.
Aksiyaçılar döyüş cəbhələrini himayə etdiklərinə görə müxtəlif yəmənli qəbilələrə, həmçinin təcavüzkar koalisiya və onun muzdurları ilə mübarizədə göstərdikləri şücaətlərə görə Yəmən xalqına təşəkkür ediblər.
Ərəbistan və əmirliklər koalisiyası iyunun 19-da quru, hava və dəniz vasitəsilə Əlhudəydə hava və dəniz limanlarına hücum edərək, onları işğal etmək istədi. Lakin xalq və Ənsarullah qüvvələrinin müqavimətilə düşmənlər nakam qaldılar.