Suriya ordusu terrorçuların Dəra ilə əlaqəsini kəsib
-
Suriya ordusu terrorçuların Dəra ilə əlaqəsini kəsib
Suriyanın ordusu və silahlı qüvvələri terror qruplarının bu ölkənin cənubunda yerləşən ən mühüm bazalarından olan Əlləcah məntəqəsində onların arxa cəbhəsini atəşə tutaraq, onun Dəra şəhəri ilə əlaqəsini kəsiblər.
Suriyadakı döyüş mənbələri bu ölkə ordusunun əməliyyatında terrorçuların Əlləcah məntəqəsindəki tədarük yollarının kəsilməsindən sonra Bəsrulhərir qəsəbəsinin tam şəkildə azad edilməsinə toxunaraq, bildiriblər: Sionist rejimin tabeliyində olan terrorçuların əməliyyat otağının bombalandığı bu əməliyyat zamanı terrorçuların sionistlər və bu məntəqəni böyük silah və sursat anbarına çevirmiş İordaniya ilə əlaqəsi kəsilibdir.
Suriya ordusu dünən "Əlbəstan", "Həran HHM", və "Səma Əlhənidat" istiqamətlərindən Dəra vilayətinin şərqində yerləşən terrorçulara qarşı ilkin hücumlarına başlayıbdır.