Sionist rejim işğal olunmuş Qüdsdə sionistlər üçün yüzlərlə yaşayış massivi tikmək niyyətindədir
İyun 23, 2018 21:48 Asia/Baku
Sionist rejimin mənzil nazirliyi işğal olunmuş Qüdsdə sionistlər üçün 459 yaşayış məntəqəsinin inşası layihəsini təqdim edib.
Sionist rejimin mənzil nazirliyinin proqramına əsasən, bu 459 yaşayış məntəqəsi işğal olunmuş Qüdsdə yerləşən "Maali Adumim" qəsəbəsindəki beş müxtəlif hissədə inşa olunacaq.
Bir sionist həftəlik qəzet yazıb ki, işğal olunmuş Fələstin ərazilərində tikinti işlərinin qeyri-adi olmasına görə, sionist rejimin baş naziri Benyamin Netanyahu dünən şəxsən "Maali Adumim"in meri ilə telefon əlaqəsi saxlayaraq, bu qəsəbədə 459 yeni yaşayış massivinin inşası ilə razı olduğunu bildirib.