İyun 24, 2018 12:08 Asia/Baku
  • Qəzzədə fələstinli bir gənc şəhid olub
    Qəzzədə fələstinli bir gənc şəhid olub

Qəzzə zolağında İsrail hərbçilərinin atəş açması nəticəsində güllə yarası alan fələstinli gənc bu gün səhər yarasının ağırlığı üzündən həyatını itirib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədrə bir bəyanat yayaraq, bildirib: Cümə günü "Qayıdış Haqqı" yürüşündə İsrail hərbçilərinin atəş açması nəticəsində ağır xəsarət alan 29 yaşlı Usamə Xəlil Əbu Xatir yarasının ağırlığı üzündən bu gün həyatını itirib. 

Qəzzə sakinləri 30 mart tarixindən başlayaraq işğal edilmiş Fələstin torpaqları ilə sərhəd məntəqədə "Qayıdış Haqqı" adlı yürüşlərə başlayıblar. İndiyə kimi bu yürüşlərdə 130-dan çox fələstinli şəhid olub. Yaralı sayı isə 15 min nəfərə çatıb. 

Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun üzvü Hisam Bədran şənbə günü "Qayıdış Haqqı" yürüşlərinin davam etməsini Fələstin xalqının öz haqq və hüquqları uğrunda apardığı mübarizədə qətiyyətli olmasının nişanəsi adlandırıb və deyib: Fələstin xalqı öz haqq və hüquqlarını təmin etmək üçün bütün mümkün vasitələrdən istifadəyə təkid edir. 

Həmasın siyasi bürosunun üzvü həmçinin, Həmas-ın "Əsrin Müqaviləsi" adlı son fitnə planı daxil olmaqla Fələstin xalqına qarşı olan istənilən ssenari ilə müxalif olduğunu deyərək, əlavə edib: ABŞ rəsmilərinin Yaxın Şərqə olan son səfərləri Vaşinqtonun İsraili hərtərəfli formada himayə etməsi və Fələstin xalqının hüquqlarını aşkar formada pozmasına görə, məğlubiyyətə məhkumdur. 

Teqlər