Sionist rejim Dəməşq aeroportunu raketlə hədəfə alıb
-
Sionist rejim Dəməşq aeroportunu raketlə hədəfə alıb
Suriya televiziyası bu gün sionist rejimin Dəməşq beynəlxalq hava limanına qarşı raket hücumundan xəbər verib.
Suriya televiziyasının verdiyi məlumata görə, sionist rejimin hərbi təyyarələri dünən gecə bir daha Dəməşq hava limanını raketlə hədəfə alıblar.
Bəzi qaynaqlar da Dəməşq aeroportuna raket hücumu xəbərini təsdiqləyərək bildiriblər ki, Suriyanın hava hücumuna qarşı sisteminin bu raketləri hədəfə çatmazdan öncə məhv etdiyini bildiriblər.
Suriyanın müxtəlif bölgələrində terrorçu-təkfirçi qrupların məğlubiyyətindən sonra sionist rejimin Suriya ordusunun mövqelərinə qarşı hava və artileriya hücumları artıb.
Suriya ordusu son günlər sionist rejimin təcavüzlərinə cavab olaraq bu rejimin işğal olunmuş Cövlan hündürlüklərindəki mövqelərini raketlə hədəfə aldı.
sionist rejimin Suriyanın bu hücumuna necə cavab verməkdə çaş-baş qalması bu rejimin həmin hücumları ört-basdır etməsi ilə nəticələndi.