Taliblər atəşkəs təklifini rədd edib
İyun 26, 2018 06:52 Asia/Baku
-
Taliblər atəşkəs təklifini rədd edib
Taliblər qrupu Əfqanıstan dövlətinin atəşkəsin müddətinin uzadılmasına dair təklifini rədd edib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Taliblərub sözçüsü Zəbiullah Mücahid bir bəyanatda bildirib ki, Kabil tərəfindən atəşkəs təklifi aldatmadır.
Taliblərin sözçüsü deyib: Atəşkəsin uzadılması əslində Amerika kimi xarici hərbçilər qarşısnda təslim olmaq deməkdir.
Əfqanıstan dövləti 12 iyunda Fitr bayramı münasibəti ilə bir həftə müddətində atəşkəs elan etdi amma Taliblər sadəcə 3 günlük atəşkəslə razılaşdı.
Əfqanıstan hökuməti bu müddət sona çatdıqdan sonra birtərəfli qaydada atəşkəsi 10 gün müddətində uzatdı.