Səudiyyə muzdlularının komandanı etiraf edib
Təcavüzkar Səudiyyə koalissiyasının sərkərdələrindən biri Yəmən qüvvələrinə könüllü şəkildə təslim olaraq muzdlu batalionlarının bir-bir məhv olduqlarını etiraf edib.
Yəmənin Əl-Mutabiat portalının verdiyi məlumata görə, Əhməd Məhəmməd Əbdə Zeyd Ənsaullah mediyaları tərəfindən Əl-Hədidədə təcavüzkarların darma-dağın edilməsi barədəki videoları təsdiqləyib və koalissiyanın bu barədəki iddialarının yalan olduğunu deyib.
Əbdə Zeyd Koalissiya ilə birlikdə qərb sahilində döyüşən Əl-Mətrəi batalionunun böyük hissəsinin məhv olduğunu bildirərək deyib: Batalionun sadəcə 50 qüvvəsi həyatdadır .
Həmçinin 500 qüvvədən ibarət olan Əl-Məsqəri batalionundan da sadəcə 250 nəfərin qaldığı bildirilib.
Bu muzdlu komandan sudanlılar və digər muzdluların qeyri-əxlaqi və qeyri-insani rəftarlarına da etiraf edib.