Səudiyyə hərbi təyyarələri Yəməndə avtobusu hədəfə alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315374-səudiyyə_hərbi_təyyarələri_yəməndə_avtobusu_hədəfə_alıb
Səudiyyə qırıcı təyyarələri Yəmən xalqına qarşı cinayətlərinin davamında Yəmənin qərbində Hədidə vilayətində 20 nəfəri öldürüb yaxud yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2018 17:17 Asia/Baku
  • Səudiyyə hərbi təyyarələri Yəməndə avtobusu hədəfə alıb
    Səudiyyə hərbi təyyarələri Yəməndə avtobusu hədəfə alıb

Səudiyyə qırıcı təyyarələri Yəmən xalqına qarşı cinayətlərinin davamında Yəmənin qərbində Hədidə vilayətində 20 nəfəri öldürüb yaxud yaralayıblar.

Əl-Məsirə telekanalının bu gün verdiyi məlumata görə, bu hücumda Səudiyyə qırıcıları yəmənli didərginləri daşıyan bir ədəd avtobusu dağıdıblar. 

Bu hücumda 9 mülki həlak olub, 11 nəfər də yaralanıb. Təcavüzkarların Hədidə vilayətinə hücumu nəticəsində indiyədək 5 min ailə öz ev-eşiyindən didərgin düşüb.