Yəmən Ənsarullahı: Əl-Hüdəydə limanına nəzarət BMT-nin səlahiyyətlərinə daxil deyil
-
Yəmən Ənsarullahı: Əl-Hüdəydə limanına nəzarət BMT-nin səlahiyyətlərinə daxil deyil
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü strateji əhəmiyyətli Əl-Hüdəydə limanına nəzarətin BMT-nin səlahiyyətlərinə aid olmadığını deyərək, BMT-nin vəzifəsini ümumi vəziyyətə nəzarət adlandırıb
Zeyfullah Şam ötən gün Sputnik informasiya agentliyinə verdiyi məlumatda deyib: Biz BMT ilə müxalif deyilik. Amma, BMT üzərinə düşən əsas vəzifəyə əməl etməlidir.
Röyters ötən həftə məlumatlı mənbələrə istinadla Ənsarullahın Əl-Hüdəydə limanına nəzarəti BMT-yə tapşırmaq istədiyini bildirib. Bunda məqsədin Əl-Hüdəydə ətrafında gedən döyüşlər və gərginliyin azaldılması elan edilib.
Ərəbistanın başçılıq etdiyi koalisiya ötən həftələrdə strateji əhəmiyyətli Əl-Hüdəydə liman şəhərini işğal etmək üçün "Qızıl Qələbə" adlı əməliyyata başlayıb. Bununla da Ənsarullah hərəkatı və inqilabçı qüvvələrin yeganə və ən önəmli həyat damarını kəsməyə çalışır. Amma, ordu və xalq qüvvələri təcavüzkarlar ilə var gücləri ilə mübarizə aparırlar.