Bəhreyndə "Məhbusların Fəryadı" aksiyası keçirilib
İyun 28, 2018 09:17 Asia/Baku
Yüzlərlə Bəhreyn vətəndaşı ötən gecə bu ölkənin siyasi məhbuslarına dəstək istiqamətində ölkənin müxtəlif bölgələrində keçirilən "Məhbusların Fəryadı" aksiyasında iştirak edib.
Əl-Loulou xəbər televiziyasının məlumatına görə, aksiya əl-Müsəlla, əl-Diyə və əl-Məayir bölgələrində keçirilib və aksiyaçılar Ali-Xəlifə rejimi əleyhinə şüarlar səsləndirərək bütün siyasi məhbusların azad edilməsini istəyiblər.
Bəhreyn 2011-cü il 14 fevraldan Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir. Bəhreyn vətəndaşları azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş dövlətin qurulmasını istəyirlər.
Bəhreyn rejimi müxalifəti repressiya edərək onlarla aksiyaçını qətlə yetirib, yüzlərlə nəfəri də həbs edib.