Suriya ordusu bu ölkənin cənub-qərbində böyük irəliləyişlər edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315743-suriya_ordusu_bu_ölkənin_cənub_qərbində_böyük_irəliləyişlər_edib
Suriyalı qüvvələrin terror qruplarının mövqelərinə qarşı əməliyyatın davamında bu ölkə ordusu Suriyanın cənub-qərbində yerləşən Əlhərak şəhərini terrorçuların işğalından çıxarıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2018 03:29 Asia/Baku
  • ordusu bu ölkənin cənub-qərbində böyük irəliləyişlər ed
    ordusu bu ölkənin cənub-qərbində böyük irəliləyişlər ed

Suriyalı qüvvələrin terror qruplarının mövqelərinə qarşı əməliyyatın davamında bu ölkə ordusu Suriyanın cənub-qərbində yerləşən Əlhərak şəhərini terrorçuların işğalından çıxarıbdır.

Suriya ordusunun bölmələri dünən axşam bu ölkənin cənub-qərbində silahlı terrorçuların sonuncu mövqelərindən birinə hücum edərək, Əlhərak şəhərini terrorçuların işğalından çıxara biliblər.

Suriya ordusunun bölmələri ötən günlərdə də Əlhərak şəhərinin ətrafındakı bəzi məntəqələri özlərinin nəzarətləri altına almışdılar.

Belə bir halda, Sputnik informasiya agentliyi Suriyanın həbi mənbələrinə isitnadla bildirib ki, Suriya ordusunun bölmələri bu ölkənin cənubunda yerləşən Dəra şəhərinin şimal-şərqindəki məntəqələrdə keçirdikləri əməliyyatı davam etdirərək, böyük uğurlar qazanıblar. Onlar öz irəliləyişləri ilə Əlhərak şəhərini, eləcə də onun bir neçə kənd və qəsəbəsini azad edə biliblər.