Bin Salmanın Netanyahu ilə görüşməsi təsdiq olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315748-bin_salmanın_netanyahu_ilə_görüşməsi_təsdiq_olunub
Yüksək səviyyəli bir ərəb rəsmi dünən Ərəbistan vəliəhdi ilə sionist rejimin baş nazirinin görüşdüklərini təsdiq edərək, deyib ki, son İordaniya hadisələri məhz bu görüşdən sonra baş veribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2018 06:50 Asia/Baku
  • Bin Salmanın Netanyahu ilə görüşməsi təsdiq olunub
    Bin Salmanın Netanyahu ilə görüşməsi təsdiq olunub

Yüksək səviyyəli bir ərəb rəsmi dünən Ərəbistan vəliəhdi ilə sionist rejimin baş nazirinin görüşdüklərini təsdiq edərək, deyib ki, son İordaniya hadisələri məhz bu görüşdən sonra baş veribdir.

Adının gizli qalmasını istəyən bu yüksək səviyyəli ərəb rəsmi Livanın Əlməyadin telekanalına deyib ki, həmin görüş Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Muhəmməd bin Zaid Ali-Nəhyanın təklifi və təşəbbüsü ilə həyata keçirilibdir.

O, qeyd edib ki, Bin Salman və Netanyahu həmin görüşdə "əsrin sövdələşməsi" adlı amerikan layihə və Qüdsün sionist rejimin paytaxtı kimi tanınması barədə danışıblar.

Sionist "Məariyo" qəzeti ötən həftə Bin Salman və Netanyahunun İordaniyada görüş keçirmələrindən xəbər vermişdi.

İordaniya ötən həftələr ərzində bu ölkə dövlətinin enerji daşıyıcılarının və bəzi əmtəə mallarının qiymətlərinin qaldırılması üzrə layihənin icra edilməsində əzmkar olmasının ardınca geniş və misli görünməmiş aksiyaların şahidi olubdur. Həmin aksiyalar bu ölkənin nazirlər kabinetinin istefa verməsinə və qeyd olunan layihənin ləğv edilməsinə gətirib çıxardı. Hani Əlmulqinin dövləti iyunun dördündə istefa verdi.

Bir çox ekspertin qənaətinə görə, Ərəbistan və sionist rejim İordaniyadakı son çaxnaşmaların pərdə arxasında durublar. İordaniya bundan öncə "əsrin sövdələşməsi" adlı amerikan layihə ilə müxalifət etmişdi.

Amerikanın yeni layihəsi olan "əsrin sövdələşməsi" layihəsi Fələstin xalqının hüquqlarını aradan götürmək məqsədini güdür. Deyilənlərə görə, bu layihə Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla bəzi ərəb ölkələrinin həmkarlıqları və razılıqları ilə işlənib hazırlanıbdır.

Həmin layihəyə əsasən, Qüdsi-Şərif sionist rejimə verilir; digər ölkələrdəki fələstinli didərginlər qayıdış haqqına malik olmayacaqlar və Fələstin yalnız Qəzzə zolağı və Qərb sahilinin yerdə qalan ərazilərinin mülkiyyətinə malik olmuş olacaq.

Amerikanın "əsrin sövdələşməsi" layihəsi çərçivəsində Amerika 2018-ci il mayın 14-də öz səfirliyini işğal olunmuş Qüdsə köçürdü.

Qüds 1967-ci ildən bəri sionist rejimin işğalı altındadır.