Əlhəşduşşəbi İraqın şimalını İŞİD terrorçularından təmizləməyə başlayıb
-
Əlhəşduşşəbi İraqın şimalını İŞİD terrorçularından təmizləməyə başlayıb
İraqın xalq səfərbər qüvvələri- Əlhəşduşşəbi bu gün bu ölkənin şimalında yerləşən Səlahəddin vilayətinin məntəqələrini İŞİD terrorçularından təmizləmə və təftişetmə əməliyyatına başlayıbdır.
Əlhəşduşşəbi qüvvələrinin informasiya bölməsi bir bəyanatda Səlahəddin vilayətinin "Ələşiş" və "Silsil Cəbal" məntəqələrinin təmizlənməsi əməliyyatının başlanmasına toxunaraq, bildiribdir ki, bu əməliyyatda İŞİD ünsürlərinin mülkilərə və təhlükəsizilk qüvvələrinə qarşı hücum üçün istifadə etdikləri iki qərargahı dağıdılıbdır.
İraq barədə digər bir xəbərə əsasən, bu ölkədə Diyalə əməliyyatının komandanı Məzhər əl-Əzzavi belə deyib: İraqın hava qüvvələri İŞİD terror qrupunun Bəqubənin şimal-şərqində yerləşən "Həuz Həmrin" məntəqəsindəki dörd mühüm qərargahını hədəfə alıblar. Nəticədə bir qrup İŞİD ünsürü öldürülüb və onların qərargahları da məhv edilibdir.