Yəməndə Ərəbistan əleyhinə milyonluq yürüş
Cümə günü milyonlarla yəmənli Ərəbistanın Əl-Hüdəydə liman şəhərinə qarşı hərbi əməliyyatlarına etiraz olaraq paytaxt Sənada Ali-Səud rejiminə qarşı aksiya keçirib.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, "Sahilə dəstək; Ümumi məsuliyyət" adlı aksiyada ABŞ, İsrail və Ərəbistana qarşı şüarlar səsləndirilib, Ali-Səud muzdlularının Yəmən xalqına qarşı cinayətləri məhkum edilib.
Yəmənin paytaxtı Sənada keçirilən bu etiraz aksiyası ictimai təşkilatların dəvəti əsasında keçirilib. Onlar BMT-dən Yəmənə qarşı hücumların dayandırılması üçün təsirli addımların atılmasını istəyiblər.
Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri dünən də Əl-Hüdəydə liman şəhərinə raket zərbələri endiriblər.
Sədə vilayəti də dünən Ərəbistan qırıcılarının hücumuna məruz qalıb.