Kimyəvi maddələri Ənnüsrəyə Səudiyyə Ərəbistanı və Türkiyə verib
-
Kimyəvi maddələri Ənnüsrəyə Səudiyyə Ərəbistanı və Türkiyə verib
Amerikalı jurnalist bildirib ki, Səudiyyə Ərəbistanı və Türkiyə kimyəvi qazın ilkin materiallarını Suriyadakı Cəbhətünnüsra terror qrupunun ixtiyarına veriblər.
Təsnim xəbər agentilyinin verdiyi məlumata görə, Amerikalı məşhur jurnalist Simor Herş Rusiya Əl-Yəum telekanalına verdiyi açıqlamada bildirib ki, kəşfiyyat materiallarına görə Səudiyyə Ərəbistanı və Türkiyə Kimyəvi Sarin qazının ilkin maddələrini Suriyadakı Cəbhətünnüsrə qrupuna veriblər.
Bulitzer mükafatı laoriyyatı olan Herş deyib: Kəşfiyyat materialları göstərir ki, 2013-cü il şərqi Qutədə istifadə olunmuş Sarin qazı, Suriya ordusunun nəzarətində olan sarin qazı növündə olmayıb. Bunu Kimyəvi Silahların yayılmasını qadağan edən təşkilat da təsdiqləyir.
Amerikalı jurnalist həmçinin ağ papaqlılar qrupunun təbliğat təşkilatı olduğunu bildirib.
Ağ papaqlılar qrupu " Suriya mədəni müdafiə" adı altında fəaliyyət göstərərək Suriya dövlətinə qarşı siyasi bir təşkilat olub və Bəşar Əsədin müxaliflərinin nəzarətində olan ərazilərdə fəaliyyət göstərib.
Simor Herş rus casus Sergey Skripalın zəhərlənməsi məsələsinə də toxunub: Skripal Rusiya mafiyası barədə Britaniyanın kəşfiyyat aparatlarına informasiyalar ötürürdü. Bu o deməkdir ki, ona qarşı hansısa əməliyyat keçirmək istəyən tərəf Rusiya dövləti deyil, Rusiya mafiyasıdır.