İraqlı qüvvələr Kərkükə doğru hərəkət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316095-İraqlı_qüvvələr_kərkükə_doğru_hərəkət_edib
Təhlükəsizlik qaynaqları iraqlı qüvvələrin İŞİD terrorçularına qarşı geniş əməliyyatlara başlamaq məqsədi ilə Kərkük vilayətinə doğru hərəkətə keçmələrindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2018 16:11 Asia/Baku
  • İraqlı qüvvələr Kərkükə doğru hərəkət edib
    İraqlı qüvvələr Kərkükə doğru hərəkət edib

Təhlükəsizlik qaynaqları iraqlı qüvvələrin İŞİD terrorçularına qarşı geniş əməliyyatlara başlamaq məqsədi ilə Kərkük vilayətinə doğru hərəkətə keçmələrindən xəbər verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, həmin qaynaqlar bildiriblər ki, İraqın xüsusi polis qüvvələri də İŞİD-ə qarşı geniş əməliyyat məqsədi ilə Kərkükün ətraf bölgələrinə hərəkət ediblər. 

Kərkükdə bir polis zabiti Rusiya Əl-Yəuma bildirib ki, İŞİD Kərkükün cənub kəndlərində müəyyən hərəkətlərə əl atıb və özünü toparlayaraq növbəti terror aktları planlaşdırır. 

İŞİD terrorçuları son həftələr ərzində Kərkükdə fəallaşıblar.