İyul 03, 2018 09:07 Asia/Baku
  • Suriyanın Həma vilayətində terrorçular məğlubiyyətlə üzləşiblər
    Suriyanın Həma vilayətində terrorçular məğlubiyyətlə üzləşiblər

Suriya ordusu Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının Həma vilayətinin şimalına hücumunu zərərsizləşdirib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Suriya ordusu qüvvələri bazar ertəsi günü Ən-Nüsrə Cəbhəsi terror qruplaşması ünsürlərinin Həma vilayətinin şimalnıda Zelin qəsəbəsinə hücumunu zərərsizləşdirib, bu terror qruplaşması ünsürlərindən bir qrupunu öldürüb və yaralayıblar. 

Suriya ordusu qüvvələri iki ay öncə də bu əməliyyat bölgəsində terror qruplaşmaları ilə ağır döyüşlərdən sonra bir neçə qəsəbə və kəndi terrorçuların nəzarətindən çıxarmışdı. 

Suriyalı dairələr bildirirlər ki, terrorçuların Həma vilayətinin şimalında ordunun mövqelərinə basqın etməsi ordu və müqavimət qüvvələrinin bu vilayətin şimal-şərqində əməliyyat keçirməsinə görədir. Belə ki, Ən-Nüsrə terror qruplaşmasına təzyiqi azaltmaq məqsədilə belə pərakəndə hücumlar edirlər. 

Dəməşqin ətrafında Şərqi Qutə və Qərbi Qutənin işğalda olan ərazilərinin azad olunmasından sonra, hazırda bütün diqqətlər şimalda bəzi bölgələrə, eləcə də cənubda Dəra vilayəti, İordaniya ilə sərhəd ərazilər və işğal olunmuş Cövlan yüksəkliklərinə yönəlib. 

Teqlər