Yəmən qüvvələri ölkənin şimal-şərqində səudiyyə koalisiyasının işğalındakı ərazilərə nəzarəti ələ keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316202-yəmən_qüvvələri_ölkənin_şimal_şərqində_səudiyyə_koalisiyasının_işğalındakı_ərazilərə_nəzarəti_ələ_keçiriblər
Yəmən ordusu və xalq komitələri qüvvələri bazar ertəsi günü ölkənin şimal-şərqində əl-Couf vilayətinin Xub Əş-Şəəf və əl-Mutunda Səfər əl-Hənaya bölgələrini nəzarətə götürüb və səudiyyəli təcavüzkarlardan bir qrupunu öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2018 07:11 Asia/Baku
  • Yəmən qüvvələri ölkənin şimal-şərqində səudiyyə koalisiyasının işğalındakı ərazilərə nəzarəti ələ keçiriblər
    Yəmən qüvvələri ölkənin şimal-şərqində səudiyyə koalisiyasının işğalındakı ərazilərə nəzarəti ələ keçiriblər

Yəmən ordusu və xalq komitələri qüvvələri bazar ertəsi günü ölkənin şimal-şərqində əl-Couf vilayətinin Xub Əş-Şəəf və əl-Mutunda Səfər əl-Hənaya bölgələrini nəzarətə götürüb və səudiyyəli təcavüzkarlardan bir qrupunu öldürüblər.

Əl-Aləm televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələri həmçinin Ərəbistanın cənubunda Nəcranda əl-Xəzra keçidində səudiyyəli hərbçilərin mövqelərini ağır artilleriya ilə atəşə tutublar. 

Qərb sahibi cəbhəsində də Yəmən qüvvələri əl-Hüdeydə vilayətinin His bölgəsi ətrafında muzdlular və təcavüzkarların mövqelərini atəşə tutublar. Bu əməliyyatda səudiyyəli təcavüzkarlar ağır itkilər veriblər. 

Digər tərəfdən Yəmən Ənsarullahı Hərəkatının əsas üzvlərindən Məhəmməd əl-Büxəyti əl-Hüdəydə vilayətində əməliyyatın dayandırılmasına dair Birləşmiş Ərəb Əmirliklərinin iddiasına reaksiyada deyib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın elan etdiyi atəşkəs əsassızdır və məğlubiyyət üçün əsaslandırmadır. Çünki əl-Hüdəydə limanında qarşıdurmalar hələ də davam edir və təcavüzkar qırıcı təyyarələr bir sıra bölgələri bombalayırlar.