İyul 03, 2018 14:39 Asia/Baku
  • İraq parlament seçkilərinin səsləri əllə sayılmağa başlayır
    İraq parlament seçkilərinin səsləri əllə sayılmağa başlayır

İraqın Ali Seçki Komissiyası bildirib: Bu gün çərşənbə günündən parlament seçkiləri səslərinin əllə sayılmasına başlanır.

Əl-Aləm televiziyasının məlumatına görə, Leys Cəbr Həmzə bir bəyanatda bildirib: Bu komissiyanın iclaslarında əldə olunan razılaşmalara əsasən səslərin əllə sayılmasına başlanıb.

İraq Ali Seçki Komissiyasının sözçüsü bildirib: Kərkük, Süleymaniyyə, Ərbil, Dehuk, Neynəva, Səlahəddin və əl-Anbar vilayətlərinin bütün seçki dairələrində bu gündən seçkilərin əllə sayılmasına başlanıb. Qalan vilayətlərdə səslərin əllə sayılması prosesi də Ali Seçki Komissiyasının təyin edəcəyi zamana əsasən həyata keçiriləcək.

İraqda konstitusiyanın əsas qanuni qurumu olan Konstitusiya Məhkəməsi 21 iyunda parlament seçkilərinin nəticələrinin ləğv edilməsi və parlament seçkilərindəki bütün səslərin 10%-nin sayılması layihəsini qəbul etmişdi.

Teqlər