İraqın baş naziri səslərin əllə sayılmasını dəstəklədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316364-İraqın_baş_naziri_səslərin_əllə_sayılmasını_dəstəklədi
İraqın baş naziri Heydər Əl-İbadi parlament seçkilərində verilmiş səslərin əllə sayılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2018 08:01 Asia/Baku
  • İraqın baş naziri səslərin əllə sayılmasını dəstəklədi
    İraqın baş naziri səslərin əllə sayılmasını dəstəklədi

İraqın baş naziri Heydər Əl-İbadi parlament seçkilərində verilmiş səslərin əllə sayılmasını istəyib.

İRİB-nin verdiyi məlumata görə, Heydər Əl-İbadi çərşənbə axşamı həftəlik brifinqində hökumətin səslərin əllə sayılması üçün səslərin seçki məntəqələrinə köçürülməsindən xəbər verərək, deyib: Ümidvaram səslərin sayılması prosesi ən qısa zamanda başa çatsın. 

İraqın Mərkəzi Seçki Komissiyası ötən gün parlament seçkilərində verilən səslərin əllə sayılmasına başlanılmasından xəbər verib. 

İraqın Konstitusiya Məhkəməsi 21 iyunda ölkə sərhədlərindən kənarda aparılmış seçkilərin nəticəsinin ləğv olunması və verilən səslərin 10%-nin əllə sayılması ilə razılaşıb. 

Heydər Əl-İbadi həmçinin deyib: İraq hökuməti seçkilərdə qanun pozuntusuna yol verənlərin cəzalandırılmasına təkid edir. 

İraqın baş naziri həmçinin, bəzi əlaqə yollarının o cümlədən Bağdad-Kərkük şose yolunun təhlükəsizlik vəziyyətinə işarə edərək, deyib: Dövlət qüvvələri ötən həftə xüsusi əməliyyat qrupunun yaradılmasından sonra, yolların təhlükəsizliyinin təmin edilməsində böyük uğurlar əldə edib. 

Heydər Əl-İbadi əlavə edib: İŞİD terrorçularının Suriya ərazisində də hədəfə alınması əməliyyatı davam edəcək. 

Bundan öncə İraqın baş naziri İŞİD-ə qarşı mübarizədə Suriya hökuməti ilə əməkdaşlığın davamında təkid etmişdi.