Qəzzə zolağında fələstinli yeniyetmə şəhid olub
İyul 05, 2018 09:20 Asia/Baku
Sionist rejim hərbçilərinin atəş açması nəticəsində yaralanan fələstinli gənc çərşənbə günü yaralarının ağırlığı üzündən şəhid olub.
İRİB-in məlumatına görə, Fələstinin Səhiyyə Nazirliyini sözçüsü bildirib: 16 yaşlı yeniyetmə 14 mayda Qəzzə zolağının şərqində sionist rejim hərbçilərinin atəş açması nəticəsində baş nahiyəsindən yaralanmışdı.
Qəzzə zolağı son həftələrdə Qayıdış haqqı yürüşündə fələstinlilərin irimiqyaslı iştirakının şahididir.
30 martdan bəri bu yürüşlərdə sionist hərbçilərin atəş açması nəticəsində 144 fələstinli, o cümlədən 17 uşaq şəhid olub, 15 min nəfər də yaralanıb.