Sionist qəsəbə sakinləri Ramullaha basqın ediblər
Sionist rejim qəsəbə sakinləri bu rejim hərbçilərinin yaşıl işığı ilə İordan çayının qərb sahilində Ramullaha vəhşicəsinə basqın ediblər.
Mehr İnformasiya Agentliyinin Fələstin əl-Youma istinadla verdiyi məlumata görə, bu basqında sionist qəsəbə sakinləri ilə fələstinli gənclər arasında insident baş verib. Qəsəbə sakinləri Ramullaha daxil olduqdan sonra şəhərdə vəhşicəsinə hərəkətlərə əl atıb və fələstinillərin əkin sahələri və məhsullarına ciddi şəkildə ziyan vurublar.
Sionist rejim ordusu hərbçiləri ötən gecə də İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək 14 fələstinlini saxlayıblar.
Sionistlər öz ekspansionist məqsədlərini əldə etmək və fələstinlilər arasında qorxu yaratmaq, intifazənin davam etməsinin qarşısını almaq üçün gündəlik Fələstinin müxtəlif bölgələrinə basqın və fələstinliləri həbs edirlər.