Suriya ordusu İordaniya ilə sərhəddə 9 sərhəd postunu azad edib
Suriya ordusu İordaniya sərhəddə Dəra vilayətində 9 sərhəd postunun azad edilməsindən xəbər verib.
Fars Xəbər Agentliyinin məlumatına görə, Suriya ordusu ölkənin cənubunda Dəra vilayətində keçirdiyi əməliyyatda bir neçə kəndi terrorçuların işğalından azad edib.
Məlumata görə, Suriya ordusu bildirib: Bölgələrin terrorçuların işğalından azad edilməsi İordaniya sərhədində önəmli sərhəd keçidi olan Nəsibə qədər davam edəcək.
Suriya ordusunun Dərada əməliyyat keçirməsi ilə yanaşı Suriya və Rusiya qırıcıları Təfs qəsəbəsində terrorçuların mövqelərini bombalayıblar.
Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlandı. Suriya ordusu və xalqının rəşadəti ilə düşmənlərin planları məğlubiyyətə uğramışdır.