İyul 06, 2018 09:06 Asia/Baku
  • Yəmənin müdafiə naziri: Qərb sahili təcavüzkarların qəbiristanlığına çevriləcək
    Yəmənin müdafiə naziri: Qərb sahili təcavüzkarların qəbiristanlığına çevriləcək

Yəmənin müdafiə naziri cümə axşamı bu ölkənin qərb sahilinin təcavüzkarlar üçün qəbiristanlığa çevriləcəyini deyib.

İRNA-nın məlumatına görə, general-mayor Məhəmməd Nasir Əl-Atifi deyib: Təcavüzkarlar tezliklə gözlənilməz hadisələrlə üzləşəcəklər.

Yəmənin müdafiə naziri Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və müttəfiqlərinin Yəmən xalqı qarşısındakı təkəbbürlü davranışları haqda xəbərdarlıq edib və deyib: Düşmən yəmənli qüvvələrin müqavimətini təsir altına ala bilməzlər.

General-mayor Məhəmməd Nasir Əl-Atifi əlavə edib: Yəmən bundan sonra da azad və mübariz olaraq qalacaq. 

Ərəbistanın başçılıq etdiyi koalisiya 13 iyun tarixindən Yəmənin qərbində yerləşən Əl-Hudəydə liman şəhərini işğal etmək üçün geniş hücumlara başlayıb.

Əl-Hudəydə limanı Yəmənə göndərilən humanitar yardımların əsas giriş qapısı sayılır. 

Yəmən ordusu və xalq komitələri ötən günlər ərzində yüzlərlə ərəbistanlı və BƏƏ-li hərbçini Əl-Hudəydə şəhərində gedən döyüşlərdə öldürüblər.

Ərəbistan ABŞ, İsrail, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli müharibəyə başlayaraq, bu ölkəni mühasirədə saxlayır. İndiyə kimi Yəmən savaşında 14 min insan birbaşa hücumlar nəticəsində həyatını itirib. Milyonlarla insan evindən didərgin düşüb. Müharibə və mühasirə nəticəsində ölkədə yolxucu xəstəliklər sürətlə yayılır. Əhali aclıqdan əziyyət çəkir. Ölkə humanitar faciənin şahididir. 

Bütün bunlara baxmayaraq Ərəbistan və müttəfiqləri Yəmən xalqının iradəsini qıra və öz istəklərinə çata bilməyiblər.  

Teqlər