ABŞ və Fransa Suriyaya yeni hərbi təchizatlar göndəriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316558-abŞ_və_fransa_suriyaya_yeni_hərbi_təchizatlar_göndəriblər
ABŞ və Fransa Suriyada himayələri altında olan qüvvələrə əlavə dəstək məqsədilə Rəqqə vilayətinə yeni hərbi təchizatlar göndəriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2018 09:11 Asia/Baku
  • ABŞ və Fransa Suriyaya yeni hərbi təchizatlar göndəriblər
    ABŞ və Fransa Suriyaya yeni hərbi təchizatlar göndəriblər

ABŞ və Fransa Suriyada himayələri altında olan qüvvələrə əlavə dəstək məqsədilə Rəqqə vilayətinə yeni hərbi təchizatlar göndəriblər.

Suriya mediaları cümə axşamı yerli mənbələrə istinadla ABŞ və Fransaya məxsus olan 7 ədəd yük maşınının cümə axşamı Rəqqə vilayətinin Təbəqə  şəhərinə daxil olmasından xəbər veriblər. 

ABŞ-ın himayəsində olan Suriya Demokratik Qüvvələri tərəfindən komendant saatının elan olunmasının ardınca İraq ərazisindən Suriyanın Rəqqə vilayətinə daxil olan bu hərbi təchizatlar Təbəqə hava limanına doğru hərəkət edib. 

Suriyanın Dəra şəhərində terrorçuların işğalından azad edilən ərazilərdə ABŞ və İsrail istehsalı olan silahların aşkar olunması ABŞ və sionist rejimin Suriyadakı terrorçulara olan dəstəyinin nə qədər böyük miqyasa malik olduğunu bir daha ortaya qoyur. 

Dəranın şərqində Ənnüsrə Cəbhəsinin işğalından azad edilmiş ərazilərdə terrorçulara məxsus sığınacaqlardan külli miqdarda silah və hərbi sursat aşkar edilib. Bu silahlar əsasən ABŞ və İsrail istehsalıdır. 

Suriya ordusu və müqavimət qüvvələrinə bağlı birmənbə isə bildirib: Suriya ordusunun Şərqi Ğariyə qəsəbəsində aşkar etdiyi hərbi təchizatlar İsrail tərəfindən terrorçulara təhvil verilibmiş. Aşkar və zəbt edilən hərbi təchizatların üzərində "Motorolla" ticarət nişanı və "İsraildə istehsal edilib" yazısı həkk olunub.