65 səud muzduru yəmənli qüvvələr tərəfindən əsir alınıb
-
65 səud muzduru yəmənli qüvvələr tərəfindən əsir alınıb
Yəmənli qüvvələr Əlzalə vilayətində keçirdikləri əməliyyatda altmış beş təcavüzkar səud muzdurunu əsir götürə biliblər.
Yəmənin təhlükəsizlik qüvvələri ötən həftə terror hücumlarının həyata keçirilməsindən öncə Əlzalə vilayətinin Dəmət və Cəbən şəhərlərində 65 səud muzdurunu aşkar edərək, əsir alıblar.
Yəmənli qüvvələr həmçinin səud muzdurlarının bu ölkənin Ləhəc vilayətinin şimalında yerləşən Əlşəricə məntəqəsindəki mövqelərinə tərəf bir neçə katyuşa raketi və mərmi atıblar. Nəticədə bir qrup muzdur ölüb və yaralanıb.
Yəmənli qüvvələr Əlhudəydə vilayətinin cənubunda yerləşən Əttuhəyta şəhərində səud muzdurlarının iki böyük əməliyyatını zərərsizləşdirməklə onlardan 28 nəfəri öldürüblər. Onlar 21 muzduru yaralayıb, onların on zirehli avtomobilini məhv ediblər.
Belə bir halda, yəmənli qüvvələr raket və artilleriya dəstəyi ilə Ərəbistanın Əsir sərhəd vilayətində yerləşən Məcazə hərbi bazasına hücum edərək, bir qrup səud hərbçisini öldürüb və ya yaralayıblar.