Yəmənlilər səud koalisiyasının kəşfiyyat mərkəzini hədəfə alıblar
İyul 09, 2018 09:18 Asia/Baku
-
Yəmənlilər səud koalisiyasının kəşfiyyat mərkəzini hədəfə alıblar
Yəmən ordusu və xalq komitələrinin PUA bölməsi bu ölkənin qərb sahilində səud koalisiyasının hərbi kəşfiyyat sistemini hədəfə alıb.
Səud koalisiyasının hərbi kəşfiyyat sistemi bir neçə dəfə Yəmən ordusu və xalq komitələrinin PUA bölməsi tərəfindən hədəfə alınıbdır.
Hücumlar uğurlu olub və yəmənli qüvvələr öz məqsədlərinə çatıblar.
Yəmən ordusu və xalq komitələrinin PUA bölməsi ötən cümə axşamı günü də bildirdi ki, səud koalisiyasının Ədənin Əlbəriqə bazasında yerləşən komandanlıq mərkəzini bombardman edibdir.
Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və sionist rejimin, eləcə də bəzi digər müttəfiqlərinin himayələri ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.