Səud qırıcıları Yəmənin Təiz vilayətinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316952-səud_qırıcıları_yəmənin_təiz_vilayətinə_hücum_ediblər
Səud qırıcılarının Yəmənin cənub-qərbindəki Təiz vilayətinin Xəddir şəhərində yerləşən "Şəəb Əldəxl" məntəqəsinə qarşı hücumunda 6 nəfər ölüb, 4 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2018 08:23 Asia/Baku
  • Səud qırıcıları Yəmənin Təiz vilayətinə hücum ediblər
    Səud qırıcıları Yəmənin Təiz vilayətinə hücum ediblər

Səud qırıcılarının Yəmənin cənub-qərbindəki Təiz vilayətinin Xəddir şəhərində yerləşən "Şəəb Əldəxl" məntəqəsinə qarşı hücumunda 6 nəfər ölüb, 4 nəfər də yaralanıbdır.

Yəmənin ordu və xalq komitələri qüvvələrinin snayperləri Təiz vilayətində yerləşən Əlvaziyyə üçbucağında səud muzdurlarının bir ədəd avtomobilini atəşə tutaraq yandırıblar.

Səud hərbçilərinin bir ədəd avtomobili də Ərəbistanın Nəcran şəhərinin Əlxəzra keçidi yaxınlığında yerləşən Əziq məntəqəsində bomba ilə partladılıbdır.

Ərəbistan ABŞ-ın və bir neçə ərəb ölkəsinin himayələri və Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə 2015-ci ilin martında Yəmənə hücum etdi, amma hava hücumlarına və Yəmənin hərtərəfli mühasirəsinə rəğmən, indiyədək bu ölkədəki hədəflərindən heç birinə çata bilməyibdir.

Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin ölməsi və yaralanmasına bais olubdur.