Səudiyyə Ərəbistanında 2 gəncə edam cəzazı verilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317074-səudiyyə_Ərəbistanında_2_gəncə_edam_cəzazı_verilib
Ərrəyad cinayət məhkəməsi ayrı-ayrılıqda çıxardığı hökmlərdə, Əşşərqiyyə vilayətinin Əl-Qətif bölgəsinin sakinlərindən olan iki gəncə ölüm cəzası verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2018 04:12 Asia/Baku
  • Səudiyyə Ərəbistanında 2 gəncə edam cəzazı verilib
    Səudiyyə Ərəbistanında 2 gəncə edam cəzazı verilib

Ərrəyad cinayət məhkəməsi ayrı-ayrılıqda çıxardığı hökmlərdə, Əşşərqiyyə vilayətinin Əl-Qətif bölgəsinin sakinlərindən olan iki gəncə ölüm cəzası verib.

İRNA-nın verdiyi məlumata görə, məhkəmə həmçinin başqa bir gənci də 23 il müddətində azadlıqdan məhrum edib. 

Səudiyyə rejimi bu ölkə hökumətinə qarşı hərhansı dinc etiraza kəskin reaksiya verir və etirazçıları terrorçu adlandıraraq onları ən kəskin formada cəzalandırır. 

Səudiyyə Ərəbistanından müxtəlif bölgələr, xüsusiylə şərq bölgələri o sıradan da Əl-Qətif məntəqəsi 2011-ci ildən bəri ədalətsizliklərə və ayrı-seçkiliklərə qarşı etirazların şahidi olub. 

Bu aksiyalarda onlarla adam öldürülüb və yaralanıb və çoxlu sayda adam da həbs və yaxud edam edilib. 

Bir çox beynəlxalq təşkilat o sıradan İnsan Haqları Gözətçiləri Təşkilatı Səudiyyə Ərəbistanında hüquq müdafiəçilərinə və etirazçılara qarşı edam və həbs hökmləri eləcə də bu ölkədə müxalif səsin boğulmasını tənqid edib.