Ali-Xəlifə rejimi başını itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317085-ali_xəlifə_rejimi_başını_itirib
Bəhreyn parlamentinin keçmiş üzvü bu ölkənin tanınmış ruhanisi şeyx İsa Qasimin ölkədən çıxarılmasının Ali-Xəlifə rejiminin başını itirməsinə dəlalət etdiyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2018 09:16 Asia/Baku
  • Ali-Xəlifə rejimi başını itirib
    Ali-Xəlifə rejimi başını itirib

Bəhreyn parlamentinin keçmiş üzvü bu ölkənin tanınmış ruhanisi şeyx İsa Qasimin ölkədən çıxarılmasının Ali-Xəlifə rejiminin başını itirməsinə dəlalət etdiyini deyib.

Bəhreyn parlamentinin keçmiş üzvü Calal Firuz İRNA-ya verdiyi müsahibədə şeyx İsa Qasimin uzun müddət Ali-Xəlifə rejimi tərəfindən mühasirədə saxlanılmasına toxunaraq deyib: Həkimlərin şeyx İsa Qasimin müalicəsində səhlənkarlıq barədə xəbərdarlıqlarını nəzərə alaraq onun durumunun pisləşməsi Ali-Xəlifə rejiminə qarşı geniş siyasi nəticələrə gətirib çıxara bilər.

Calal Firuz Ali-Xəlifə rejimi rəsmilərinin şeyx İsa Qasimin müalicə xərcinin bu rejim tərəfindən təmin edilməsinə dair hər hnası iddialarını təkzib edərək deyib: Şeyx İsa Qasimin müalicə xərcləri bəhreynli xeyriyyəçilər tərəfindən ödəniləcəkdir. 

Ali-Xəlifə rejimi 2016-cı il iyunda Əddoraz ərazisində şeyx İsa Qasimi mühakimə edərək onun mənzilini mühasirəyə alıb və hətta sakinlərin bu ərazidə cümə namazı mərasimi keçirmələrinə mane olur.