Taliban və İŞİD Əfqanıstanın şimalında toqquşublar
-
Taliban və İŞİD Əfqanıstanın şimalında toqquşublar
Əfqanıstanın şimalında Covzcan vilayətində Taliban və İŞİD terror qruplaşması arasında qarşıdurmada onlarla nəfər ölüb.
Ava İnformasiya Agentliyinin məlumatına görə, Əfqanıstanın şimalında Covzcan vilayəti valisinin sözçüsü Rza Qəfuri deyib: Ötən gün vilayətin Dərzab rayonunda Taliban və İŞİD arasında baş verən qarşıdurmada iki tərəfdən 37 nəfər ölüb.
Bəzi məlumatlara görə, bu qarşıdurmada 28 İŞİD terrorçusu öldürülüb.
Ötən aylarda Covzcan vilayətində İŞİD terror qruplaşmasının bazası kimi sayılan Dərzab rayonu bu qruplaşma ilə Taliban arasında qarşıdurmanın mərkəzi olmuşdur.
Əfqanıstanın şimalında İŞİD terror qruplaşmasının başçısı Qari Hikmətin öldürülməsindən sonra bu terror qruplaşması olduqca zəifləyib.
Əfqanıstanın şimalında İŞİD terror qruplaşmasının üzvləri Qari Hikmətin yerinə başçı seçməkdə problemlə üzləşib və onlarla üzv Talibana təslim olub.
Taliban dəfələrlə bildirib ki, ABŞ qırıcı təyyarələri İŞİD terror qruplaşması arasında qarşıdurmalar zamanı Talibanın mövqelərini bombalayaraq İŞİD-i dəstəkləyirlər.