İyul 13, 2018 17:43 Asia/Baku
  • İraq ordusu Səlahəddin vilayətinin şərqində İŞİD-ə qarşı əməliyyata başlayıb
    İraq ordusu Səlahəddin vilayətinin şərqində İŞİD-ə qarşı əməliyyata başlayıb

İraq ordusu səlahəddin vilayətinin şərqində İŞİD terrorçularına qarşı hərbi əməliyyata başlayıb.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İraq ordusu bu gün cümə Mətbicə məntəqəsini və ətraf kəndləri terrorçulardan təmizləmək və terrorçulara məxsus tunelləri məhv etmək məqsədilə hərbi əməliyyatlara başlayıb.

Bundan öncə yerli mənbələr İŞİD terrorçularının İraqın Səlahəddin vilayətinə, Mətbicə məntəqəsinə qayıtmasından xəbər veriblər.

İraq hökuməti 21 dekabr 2017-ci ildə İŞİD-in İraqdakı hərbi iştirakına son qoyulduğunu elan etmişdi. Buna baxmayaraq, hələ də terrorçular İraqın bəzi məntəqələrində terror hücumları həyata keçirirlər.

Teqlər