İyul 14, 2018 12:10 Asia/Baku
  • Yəməndə milyonluq anti-imperializm yürüşləri keçirilib
    Yəməndə milyonluq anti-imperializm yürüşləri keçirilib

Yəmənlilər "zalımlar qarşısında fəryad günü"ndə "Amerikaya ölüm!", "sionist rejimə ölüm!" və "Ali-Səuda ölüm!" şüarları ilə milyonluq yürüş-aksiya keçiriblər.

Yəmənlilər bu aksiyaları Şəhid Husəyn Bədrəddin Əlhusinin 2002-ci ildə irəli sürdüyü "zalımlar qarşısında fəryad günü" münasibətilə Səna, Əlhudəydə, Səədə, Həccə və İmran əyalətlərində keçiriblər.

Yəmənlilər dünən azadlıq və istiqlaliyyət paytaxtı olan Sənada Fəryad hərəkatının ildönümündə geniş aksiya keçiriblər.

Bu aksiyada verilən şüarlar təkcə fəryad həddində olmayaraq, xalqların ayağa qalxmaları və ümmətin azadlığa çıxmasını irəli sürür. Yəmənlilər də bu nöqteti-nəzərdən, öz hərəkatlarını qeyd edirlər.

Yəmənlilər bu münasibətlə Əlhudəydə-də keçirilən geniş yürüşdə də iştirak ediblər. Onlar Şəhid Husəyn Bədrəddin Əlhusinin etdiyi haqlı fəryaddan irəli gələn hakimiyyət və azadlıq anlamlarına sədaqətin vacibliyini vurğulayıblar.

Əlhudəydə şəhərində fəryad gününün qeyd olunmasının özəlliyi əhalinin onda geniş iştirakı və zalımlar qarşısında fəryad etməsi olub. Bu aksiyanın digər özəlliyi də onun amerikan, sionist, əmirliklər və səud təcavüzkarlarının Əlhudəydəyə qarşı hücumlarının şiddətlənməsilə bir zamana düşməsi olub.

Yəmənlilər "zalımlar qarşısında fəryad günü" münasibətilə Səədə şəhərində keçirilən geniş yürüşdə də iştirak edərək, özlərinin zalımlarla qarşıdurmadakı prinsipial mövqelərini vurğulayıblar. Onların önündə Yəmənə qəbul etdirilmüş müharibənin yaralıları və müharibə əlilləri hərəkət ediblər.

Cəbhələri döyüşçülərlə doldurmaq, həmçinin Amerika və sionist rejim məhsullarını boykot etmək Səədə bəyanatının maddələrindən olub.

Yəmənlilər Həccə və İmran əyalətlərində keçirilən geniş yürüşlərdə iştirak edərək, fəryad gününün ildönümünü qeyd ediblər. Onlar cəbhələrin döyüşçülərlə doldurulması, həmçinin azadlıq və ləyaqət yolunun davam etdirilməsi və buna hazırlığa təkid ediblər. Yürüş iştirakçıları cəbhələrdə iştirak üçün əhalnin səfərbər edilməsinin davam etməsinə və fəal iştiraka təkid edərək, Yəmənin ordu və xalq komitələri qüvvələrinin rəşadət və qələbələrini yüksək dəyərləndiriblər. 

Teqlər