Netanyahu Qəzzəyə qarşı hücumların gücləndirilməsini istədi
-
Netanyahu Qəzzəyə qarşı hücumların gücləndirilməsini istədi
İsrailin baş naziri Qəzzə sakinlərinə qarşı hücumların artırılmasını istəyib.
İRİB-nin verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu dünən axşam bir video-müraciətdə İsrail ordusunun Qəzzə sakinlərinə qarşı hücumlarının artırılmasından xəbər verib və deyib: İsrailin ordu generalları ilə məsləhətləşmələrdə bu hücumların gücləndirilməsi qərara alındı.
İsrailin təhlükəsizlik kabineti bu gün Qəzzə ilə bağlı iclas təşkil edəcək.
Röyters-in bildirdiyinə görə, İsrail ordusu və Fələstinli müqavimət qüvvələri Qəzzə zolağında hücumların dayandırılması haqda razılığa gəliblər.
Atəşkəslə bağlı əldə olunmuş anlaşma Misir rəhbərliyi və beynəlxalq tərəflərin vasitəçiliyi ilə əldə olunub.
Fransa xəbər agentliyi isə Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın İsrail ilə atəşkəsin əldə olunduğunu təsdiq etdiyini bildirib.
İsrail qırıcıları şənbə günü Qəzzə zolağına qarşı bir neçə hücum əməliyyatı həyata keçiriblər. Nəticədə iki fələstinli uşaq ölüb, 15 nəfər isə yaralanıb.
Fələstinli müqavimət qüvvələri bu hücuma cavab olaraq işğal edilmiş ərazilərə 31 raket zərbəsi endiriblər.