Ərəbistanın yüksək səviyyəli bir hərbi komandanı Yəməndə öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317597-Ərəbistanın_yüksək_səviyyəli_bir_hərbi_komandanı_yəməndə_öldürülüb
Yəmənli qüvvələr Ərəbistan ordusunun yüksək səviyyəli bir komandanını öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2018 07:13 Asia/Baku
  • Ərəbistanın yüksək səviyyəli bir hərbi komandanı Yəməndə öldürülüb
    Ərəbistanın yüksək səviyyəli bir hərbi komandanı Yəməndə öldürülüb

Yəmənli qüvvələr Ərəbistan ordusunun yüksək səviyyəli bir komandanını öldürüblər.

İRİB-nin verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın tabeliyində olan Xalid bin Vəlid hərbi hissəsinin komandanı Yəmənin qərb saillərində yanında olan 7 hərbçi ilə birlikdə öldürülüb. 

Ərəbistanın başçılıq etdiyi təcavüzkarkoalisiya bu xəbəri təsdiq edərək, onun minaya düşərək, öldüyünü bildirib. 

Yəmənin Müdafiə Nazirliyi isə Ərəbistanın cənubunda yerləşən Nəcran vilayətində Ərəbistanın milli qvardiyasının mövqelərinə bir ədəd ballistik raket zərbəsi endirildiyini bildirib. 

Ərəbistan ABŞ, BƏƏ və bir sıra digər ölkənin dəstəyi ilə 26 mart 2015-ci ildən Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. 

Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumları indiyə kimi 14 min  yəmənlinin ölməsi, on minlərlə insanın yaralanması və milyonlarla insanın didərgin düşməsinə səbəb olub.