İsmayıl Həniyyə "Qayıdış Haqqı" yürüşünün davam etdiriləcəyini deyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317610-İsmayıl_həniyyə_qayıdış_haqqı_yürüşünün_davam_etdiriləcəyini_deyib
Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun sədri "Qayıdış Haqqı" yürüşünün fələstinlilərin haqq və hüquqlarının təmin olunacağı zamana və Qəzzənin mühasirəsinə son qoyulacağı zamana kimi davam edəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2018 14:32 Asia/Baku
  • İsmayıl Həniyyə
    İsmayıl Həniyyə "Qayıdış Haqqı" yürüşünün davam etdiriləcəyini deyib

Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun sədri "Qayıdış Haqqı" yürüşünün fələstinlilərin haqq və hüquqlarının təmin olunacağı zamana və Qəzzənin mühasirəsinə son qoyulacağı zamana kimi davam edəcəyini bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İsmayıl həniyyə İsrail rejiminin Qəzzə zolağına olan hava hücumları zamanı şəhid olan iki fələstinli uşağın dəfn mərasimində deyib: İsrailin cinayətləri nəticəsində şəhid olan fələstinlilərin qanı boş yerə axmır. Çünki, sionistlər Fələstinin müqavimət qüvvələrinin cəzasından xilas ola bilməyəcəklər.

İsmayıl Həniyyə Fələstin müqavimətinin məğlubedilməz olduğunu deyərək, əlavə edib: Müqavimət işğalçıların pusqusundadır və öz istəklərini bu rejimə qəbul etdirərək, "Qayıdış Yürüşü"nü dəstəkləyir.

"Qayıdış Haqqı" yürüşü 30 mart tarixindən etibarən Qəzzənin işğal altında olan Fələstin ilə sərhəd məntəqələrində keçirilməkdədir. İndiyə kimi bu yürüşlərdə 146 fələstinli şəhid olub, 16 min nəfər isə yaralanıb.