Bin Salman Ərəbistan hərbçilərinin acınacaqlı vəziyyəti ilə bağlı çəkilişlərin aparılmasını qadağan etdi
-
Bin Salman Ərəbistan hərbçilərinin acınacaqlı vəziyyəti ilə bağlı çəkilişlərin aparılmasını qadağan etdi
Ərəbistan vəliəhdi Ərəbistan hərbçilərinə, hərbçilərin maddi və mənəvi problemlərini əks etdirən video-görüntülərin çəkilməsini qadağan edib.
Yəmən Press informasiya portalının məlumatına görə, döyüş bölgələrində olan Ərəbistan hərbçilərinin öz vəziyyətlərindən şikayətlənmələrinə dair video-görüntülərin sosial şəbəkələrdə geniş yayılmağa başlamasının ardınca Ərəbistan vəliəhdi Məhəmməd Bini Salman hərbçilərin, xüsusilə də sərhəd məntəqələrdə xidmət edən hərbçilərin video çəkiliş aparmaq haqqına malik olmadıqlarını deyib.
Bundan öncə Ərəbistan kralı Salman bin Əbdüləziz Ərəbistan hərbçilərinin Yəmən ilə döyüşdən yorulduqlarına dair video-çarxlara reaksiya olaraq, bu hərbçilərin hərbi tribunalda və sivil məhkəmədə barələrində çıxarılan məhkəmə qərarlarından azad olunduqlarını bildirmiş və bununla onların könlünü ələ almağa çalışmışdı.